Modeli öldürüb, cəsədini soyuducuda gizlətdilər

Modeli öldürüb, cəsədini soyuducuda gizlətdilər
1617 dəfə oxunub
  • A-
  • A
  • A+

Honkonqda məşhur olan model Abby Çoi qətlə yetirilib.

Axşam.az xəbər verir ki, 28 yaşlı modelin bir neçə hissəyə bölünmüş cansız bədəni keçmiş qayınatası tərəfindən kirayə götürülən bir evdə tapılıb. Hadisədən sonra modelin keçmiş həyat yoldaşı, qayınatası və qaynı həbs edilib.

Modelliklə yanaşı, Honqkokda varlı təbəqənin nümayəndəsi kimi tanınan Abbynin uzun müddət ortada olmaması diqqət çəkib. Araşdırmaya başlayan polis Lung Mei adlı sahilə yaxın bir kənddəki evdə modelin cəsədini tapıb. Cəsəd bir neçə yerə bölünərək soyuducuya yerləşdirilib. Onun bədənindən ayrılan başı isə hələ də tapılmayıb. 

Evdə modelin kredit və bank kartları, əşyaları, onun doğrandığı alətlər də tapılıb. Onun 28 yaşlı həyat yoldaşı bir yaxtaya minib qaçmağa çalışarkən saxlanılıb. Cinayəti planlaşdıran şəxsin Çoinin keçmişdə polis çalışan qayınatasının olduğu iddia edilib.