Türkiyəli məşhur cütlük Buğra Gülsoy və Nilüfer Gürbüz boşanır.
Axşam.az xəbər verir ki, cütlük 5 illik münasibətlərini sonlandırmaq qərarı alıb. İkili apreldə qarşılıqlı razılışma ilə rəsmi şəkildə boşanmağı planlaşdırır.
Bəlli olub ki, Buğra və Nilüfer uzun müddətdir eyni evdə yaşamır və ictimaiyyət arasında birgə görünmür. Bu qərarı almalarına səbəb isə ikilinin fikir ayrılığı yaşaması olub.
Qeyd edək ki, cütlüyün Cem adlı bir oğul övladı var.