Mustafa Sandaldan yardımlarla bağlı tənqid

Mustafa Sandaldan yardımlarla bağlı tənqid
1143 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mustafa Sandal sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı zəlzələdən sonra bağışlanan ianələrə baxmayaraq, zərərçəkənlərə yardımların edilməməsindən şikayətlənib. O, "Ahbap" dərnəyinin çadrları Türk Qızıl Ayparadan pulla alınmasını tənqid edib.

"İnsanlar Türk Qızıl Ayparaya ianə edir ki, fəlakətdən zərərçəkən xalqımıza yardım çatsın. İnsanlar "Ahbap"a ianə verir ki, yardımları çatdırsın deyə. "Ahbap" Türk Qızıl Ayparaya milyonlarla lirə verib çadır alır. Sonra vergilərin, ianələrin harada olduğunu soruşanlar linç edilir. İnanılası deyil!" deyə, Mustafa sosial media hesabında yazıb.