Bu kadrda az qala öləcəyini etiraf etdi - Video

Bu kadrda az qala öləcəyini etiraf etdi - Video
630 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı aktyor Brendan Ceyms illər əvvəl rol aldığı “Mumiya” filminin çəkilişlərində az qala öləcəyini etiraf edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor "The Kelly Clarkson Show" proqramında qonaq olarkən deyib. Ekran işində baş rolu oynayan Brendan hadisənin ipdən asılmalı olduğu epizodu çəkərkən baş verdiyini açıqlayıb. O, ipin çox hündürdən asıldığını vurğulayıb:

“Çəkilişdə boynumdan asılı qaldığım kadr var idi. Ayağımın altındakı ipin üstündə az qala barmaqlarımın ucunda durmuşdu. Kamera isə ətrafı lentə alırdı. Boynuma sarılı ipi tutan oğlan onu bir az da yuxarı çəkdi və mən orada ilişib qaldım, enməyə də yerim yox idi. Beləliklə, o, yuxarı çəkir və mən aşağı düşürdüm. Sonra bir baxdım ki, dirsəyim qulağımdadır, huşumu itirdim. Ayılanda hər şeyi tərsinə görürdüm, dişlərimin arasında çınqıl var idi".