"Ego" serialında rol alan aktrisa Melisa Aslı Pamuk şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa basketbolçu Mahir Ağva ilə eşq yaşamağa başlayıb.
Cütlüyün münasibətlərini gizli saxlamağa çalışdığı deyilir.
Qeyd edək ki, Melisa ötən ilin noyabrında Mustafa Mərt Koçdan ayrılıb. Cütlük 1 il münasibətdə olub.