Keçmiş ərinə söz atmışdı, məhkəməlik oldu - Video

Keçmiş ərinə söz atmışdı, məhkəməlik oldu - Video
862 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, amerikalı müğənni Mayli Sayrus keçmiş həyat yoldaşı, avstraliyalı aktyor Liam Hemsvortun doğum günündə ona həsr etdiyi mahnını təqdim etmişdi. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı "Flowers" adlı mahnısında "Özümü sənin məni sevə biləcəyindən daha çox sevməyi bacarıram" ifadəsi ilə Liama söz atmışdı.

Bəstədəki bu ifadə aktyorun karyerasında problem yaradıb. O, keçmiş həyat yoldaşının atmacasına görə "The Witcher" filmindəki rolunu itirmək təhlükəsi ilə üzləşib. 

Liam eks-xanımının böhtanına və uğursuz münasibətlərini mahnıda təsvir olunmasından narazı olduğu məhkəməyə müraciət edib. 

Qeyd edək ki, cütlük 2020-ci ildə boşanıblar. Bundan sonra Liam bir neçə xanımla münasibətdə olsa da, hamısı uğursuz nəticələnib.