Türkiyəli aktrisa Deniz Baysalın növbəti layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "Sen yaşamaya bak 2" filmində rol alacaq. O, ekran işində aktyor Kaan Urgancıoğlunun tərəf müqabili olacaq.
Qeyd edək ki, layihənin ilk buraxılışında baş rolu aktrisa Aslı Ənvər canlandırıb.
Deniz hazırda "Teşkilat", Kaan isə "Yarqı" serialında baş rolları canlandırır.