Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi yığmanın heyətində DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarına bahalı hədiyyələr verib.
Axşam.az xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb. Futbolçu komanda yoldaşlarına qızıl təbəqəsi ilə örtülmüş "İphone 14 Pro" markalı mobil telefon hədiyyə edib. Messi 35 ədəd telefona ümumilikdə 175 min funt sterlinq (bugünkü məzənnə ilə 357 min manat) xərcləyib.
O, həmçinin bu hədiyyədən milli komandanın işçilərinə də paylayıb.
Qeyd edək ki, Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, həmçinin mundialın ən yaxşı futbolçusu seçilib.
