Mərhum rusiyalı rəssam Vasili Kandinskinin tablosu rekord məbləğə satılıb.
Axşam.az xəbər verir ki, hərrac "Sotheby's" tərəfindən təşkil olunub. Rəssamın "Вид на Мурнау с церковью" adlı tablosu Londonda keçirilən hərracda 44,6 milyon dollara satılıb.
Qeyd edək ki, tablo 1910-cu ildə çəkilib. Kandinskinin “Ağ zanbaqlı şəkil” əsəri də 2017-ci ildə rekord qiymətə - 41,6 milyon dollara satılıb.