Türkiyəli aparıcı-model Burcu Əsmərsoyun bir müddətdir instaqram istifadə etməməsi diqqət çəkib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günlərdə isə onun sosial şəbəkələrə girməməsinin səbəbi araşdırılıb. Məlum olub ki, psixoloqu Burcuya sosial media hesablarına girməsini qadağa edib.
Qeyd edək ki, Burcu Əsmərsoy sentyabrda sevgilisi Nazım Akmandillə İtaliyada nikah masasına əyləşəcək.