"Hellbound"un aktyoru serialdan qovuldu - Foto

"Hellbound"un aktyoru serialdan qovuldu - Foto
303 dəfə oxunub
  • A-
  • A
  • A+

"Netflix" cənubi koreyalı Yoo Ah İn kimi tanınan aktyor Uhm Hong-sik "Hellbound" serialının heyətindən qovub.

Axşam.az xəbər verir ki, buna səbəb aktyorun narkotikdən qanunsuz istifadədə ittiham edilməsi olub. Bildirilib ki, Yoo müvafiq müayinələrdən keçib və nəticələr müsbət çıxıb.

Aktyoru 10 ilə qədər həbs və ya 100 milyon von (təxminən 130673 manat) məbləğində cərimələnməsi gözlənilir.

Növbəti mövsümdə onun yerinə aktyor Kim Son-çul rol alacaq.