De Niro ABŞ prezidentini canlandıracaq

De Niro ABŞ prezidentini canlandıracaq
369 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən çox qazanan ulduzlarından olan aktyor Robert De Niro ilk dəfə seriala çəkiləcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Zero day" adlı ekran işi "Netflix" platformasında yayımlanacaq. 

Serialın rejissoru və prodüseri Lesli Linka Qlatterdir. Aldatma və sui-qəsd nəzəriyyələri mövzusunda çəkiləcək ekran işində De Niro ABŞ prezidentini canlandıracaq

Layihənin nə vaxt təqdim olunacağı isə hələlik bəlli deyil.