27 yaşlı repçinin ölüm səbəbi bəlli oldu

27 yaşlı repçinin ölüm səbəbi bəlli oldu
1090 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, rusiyalı repçi "Yunq Trappa" (Vladislav Şiryayev) bir ay əvvəl Sankt-Peterburqdakı mənzilində ölü halda tapılmışdı.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün isə 27 yaşlı sənətçinin ölüm səbəbi bəlli olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, repçi narkotik maddədən dozadan artıq istifadə etdiyi üçün vəfat edib.

Qeyd edək ki, repçi 14 ay həbsdən sonra yanvarda azadlığa çıxmışdı. O, iki qızı zorlamaqda ittiham olunmuşdu. Bundan əlavə, Vladislav 2016-cı ildə narkotik alverinə görə də 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.