Loboda malikanəsini satması xəbərindən danışdı

Loboda malikanəsini satması xəbərindən danışdı
312 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyaya 50 il müddətinə girişi qadağan olunan Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın Moskvadakı malikanəsini satışa çıxardığı haqda xəbər yayılıb. 

İfaçının mətbuat katibi İrina məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. 

"Bununla bağlı Loboda özü də açıqlama yayıb. Bu xəbər yalandır".

Loboda isə məsələyə reaksiya verərkən "Necə gözəl xəbərdir. Sən demə, mənim Rusiyada malikanəm və üçotaqlı mənzilim var imiş. Təəssüf ki, bu haqda mən yeni xəbər tuturam. Evi tez satmaq üçün bunu təsdiqləyəcək sənədi səbirsizliklə gözləyirəm" deyə, bildirib. 

Qeyd edək ki, Rusiya mediası Lobodanın malikanəni 650 milyon rubla satmağa hazırlaşdığını yazıb.