Messi və ailəsi təhdid olunur

Messi və ailəsi təhdid olunur
886 dəfə oxunub
  • A-
  • A
  • A+

PSJ-nin futbolçusu Lionel Messi ölkəsi Argentinada ölümlə hədələnib.

Axşam.az xəbər verir ki, naməlum şəxslər Rosarioda Messinin həyat yoldaşı Antonella Rokutsaya məxsus mağazaya 14 dəfə atəş açıblar. Onlarn divara "Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri - red.) narkotik alverçisidir, səni xilas etməyəcək" yazıblar.

Futbolçu vəziyyətə açıq şəkildə münasibət bildirməyib, lakin mer Yavkin artıq hüquq-mühafizə orqanlarının işindən narazılığını bildirib. Onun sözlərinə görə, şəhərdə polis çatışmazlığı var, ona görə də cinayətlərin sayı sürətlə artır.