Xəbər verdiyimiz kimi, "Yarqı" serialında "Pars" obrazına həyat verən aktyor Mehmet Yıldız Ak ekran işindən ayrılıb.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı paylaşım edən aktyor bunun öz qərarı olduğunu vurğulayıb.
"Layihədən erkən ayrılmaq məcburiyyətində qaldım. Ölkəmizə dərindən təsir edən zəlzələ və sonrakı vəziyyətdə ailəm, sevdiklərimin yanında olmaq məqsədi ilə aldığım qərardır".
Qeyd edək ki, bu mövsüm final etməsi planlaşdırılan serialın baş rollarını Pınar Dənizlə Kaan Urqancıoğlu paylaşır.