Hollivud aktyoru Riçard Girin atası 100 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı şəxsi bloqunda danışıb və qayınatasının fotosunu yayıb.
“Biz kədərlə elan edirik... Nyu-Yorkda ictimai xadim Homer Corc Gir vəfat edib. 2023-cü il martın 1-də vəfat edəndə onun 100 yaşı var idi. 65 yaşında təqaüdə çıxana qədər o, uğurlu sığorta agenti olub.O, cəmiyyətdə istedadlı bir sahibkar kimi tanınırdı. Xeyirxahlığı ilə tanınan Gir həm də dövlət məktəbinin xüsusi müdafiəçisi idi" Aleksandra Gir yazıb.