Conni Depp bu dəfə 5,4 milyonluq satış etdi - Fotolar

Conni Depp bu dəfə 5,4 milyonluq satış etdi - Fotolar
373 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu, musiqiçi Conni Deppin rəsm əsərləri bu dəfə Londonun "Castle Fine Art Gallery"sində satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, hər birinin qiyməti 5 400 dollar olan tablolar 5 gün ərzində satılıb. Bildirilib ki, nəticədə aktyor 5,4 milyon dollar qazanıb.

Conninin çəkdiyi portretlərdə reqqi ulduzu Bob Marli, yazıçı Hanter Stokton Tompson, aktyorlar Hit Ledcer və River Feniks də daxil olmaqla bir sıra məşhur təsvir olunub.

Qeyd edək ki, aktyor daha əvvəl satışdan 3,65 milyon dollar əldə etmişdi.