Türkiyəli aktyor Alp Navruz həmkarı İrem Helvacıoğluyla eşq yaşayır.
Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Hazırda eyni ekran işində rol alan ikilinin bir müddətdir münasibətdə olduğu iddia edilib. Tərəflər hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, aktyorlar hazırda "Yürek çıkmazı" serialında da sevgili obrazını canlandırırlar.
Onu da əlavə edək ki, Alp daha əvvəl tərəf müqabili Ayça Ayşinlə münasibətdə idi.