Türkiyəli aktrisa Ezgi Eyüboğlunun yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Şanzelize düğün salonu" serialında rol alacaq. O, layihədə "Eda" obrazına həyat verəcək.
8 bölümlük ekran işi "TRT Dijital"da yayımlanacaq.
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Təşkilat" serialında rol alıb.