Reperlərin konsertində faciə - 1 ölü, 9 yaralı

Reperlərin konsertində faciə - 1 ölü, 9 yaralı
498 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-Yorkda QloRilla ve Finesse2tymes adlı reperlərin konserti faciə ilə nəticəlib.

Axşam.az xəbər verir ki, iddialara görə, atəş səslərinin eşidilməsi səbəbindən konsertdə izdiham yaşanıb və insanlar qaçmağa çalışıb. Hadisə nəticəsində 1 qadın həlak olub, 9 nəfər isə yaralanıb.

Hazırda yaralılardan ikisinin vəziyyətinin kritik olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma davam edir.