“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask haqqında sənədli film çəkiləcək.
Axşam.az xəbər verir ki, filmin rejissoru Aleks Gibney olacaq. Ekran işində Maskın şəxsiyyəti, fəaliyyəti təqdim olunacaq.
Qeyd edək ki, Gibney daha əvvəl "Stiv Cobs: Maşındakı adam", "Vətəndaş X" və "Sıfır Günlər" və "Oskar"a layiq görülən “Qaranlıq tərəfə taksi” kimi layihələrin müəllifi olub.