Türkiyəli aktyor Uraz Kayqılaroğlunun instaqram hesabında etdiyi dəyişiklik diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktyor arasında məşhurların da olduğu 400 nəfəri izləmədən çıxarıb. Onun izləmədən sildiyi şəxslər arasında Engin Öztürk, Demet Özdemir, Aras Bulut İynemli, Hazal Subaşı, uşaqlıq dostu Özge Özpirinçci və başqaları var.
Uraz aktyor Kaan Yıldırımı isə sonra yenidən izləməyə alıb.
Aktyorun bu addımı atması izləyiciləri təəccübləndirsə də o, məsələ ilə bağlı açıqlama verməyib.