Ani Lorak müharibədən sonra ilk dəfə danışdı

Ani Lorak müharibədən sonra ilk dəfə danışdı
742 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın Xalq artisti Ani Lorak Rusiyanın başlatdığı müharibə fonunda susmağını və haqqında çıxan silah yardımı da daxil olmaqla bir çox iddiaya aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, ifaçı bu bərədə sosial media hesabında paylaşım edib.

"Bildiyiniz kimi, ukraynalı müğənniyəm, irsim və mədəniyyətimlə fəxr edirəm. Uzun illər Ukraynada çalışdım, o cümlədən ölkəmi "Avroviziya"da təmsil etdim və ikinci yeri tutdum.

Ancaq Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan heç bir fakt olmadan çoxlu dedi-qoduların mərkəzində yer aldım.

2014-cü ildə Ukraynada bəzi siyasətçilər məndən öz məqsədləri üçün istifadə etmək istədilər, bununla razılaşa bilmədim. Nəticədə həyatımda mənfi nəticələrlə üzləşdim ki, bunu yalnız yaxın ətrafım bilir. Mənə yalnız iki seçim qoydular: Ya bizim oyunumuzu oynayacaqsan, ya da bu ölkədə oxumayacaqsan.

Bu ultimatum məni Rusiyaya köçməyə sövq edən dönüş nöqtəsi oldu. Orada qəbul edildim və bir sənətçi kimi böyüməyə davam etdim, dünyada tanındım. Nə olursa olsun, Ukrayna həmişə ürəyimdədir.

Başa düşürəm ki, son bir ildə susmağıma görə tənqid olunuram və bu qərarın müxtəlif cür şərh oluna biləcəyinin fərqindəyəm. Heç vaxt kimisə incitmək niyyətində olmamışam və əgər bu baş veribsə, üzr istəyirəm.

Açıq şəkildə bildirmək istəyirəm ki, heç bir zorakılığın tərəfdarı deyiləm və müharibə səbəbindən insan itkisi ürəyimi parçalayır. Müharibədə kimisə itirməyin acısını ancaq keçmişimi bilənlər anlaya bilər.

Onu da deyim ki, bəzi media və siyasətçilərin dəlil-sübutsuz iddia etdiyi hərbi yardımı heç vaxt verməmişəm. Etdiyim yardımlar isə humanitar olub ki, bunu da həmişə etmişəm" deyə, Lorak bildirib.