Bu dəfə qızlarının adı dəyişdi

Bu dəfə qızlarının adı dəyişdi
994 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı müğənni Qrayms eks-sevgilisi, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskdan olan qızının adını dəyişdirmək istəyir.

Axşam.az xəbər verir ki, bu barədə o tviter hesabında yazıb. O, qızının Exa Dark Siderel adının artıq "Y" və ya "Niyə" ("Why"), ya da "?" olduğunu açıqlayıb. O, adın "Maraq, əbədi sual" mənasını daşıdığını yazıb.

Bununla belə, Qrayms bildirib ki, hökümət adı tanımır, lakin o bunda israrlıdır.

Qeyd edək ki, Maskla Qrayms üç il münasibətdə olub. Onların X Æ A-Xii adlı oğulları da var. Onun əvvəlki adı “X Æ A-12” olsa da Mask daha sonra onu dəyişmişdi.