Selami Şahinin bu görüntüləri tənqid olundu

Selami Şahinin bu görüntüləri tənqid olundu
2210 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Selami Şahinin qalmaqallı videosu yayılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Etilər səmtində lentə alınan görüntülərdə 74 yaşlı sənətçi yoldan keçən qadınlarla tanış olaraq onları həmin ərazidə yerləşən ofisinə dəvət edib.

Sənətçinin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Məsələ ilə bağlı Selami Şahinin menecerlik şirkəti açıqlama yayıb:

"Selami Şahin illərdir adıçəkilən bölgədə iş və ictimai həyatını davam etdirir. Pərəstişkarları ilə yaratdığı isti və səmimi dialoqlar yanlış şərhlərə səbəb olub. Bu xəbərlər həqiqəti əks etdirmir".