MakSimə nə olub?

MakSimə nə olub?
703 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni MakSimin səhhətində yenidən problem yaranması ilə bağlı suallara cavab verib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. MakSim Tverdə baş tutan konsertində həqiqətən vəziyyətinin pisləşdiyini və buna görə tibbi prosedurlardan keçdiyini etiraf edib. 

MakSim bundan sonra keçirilməli olan bəzi konsertlərinin də ləğv edildiyini və yeni tarixlərlə bağlı məlumat veriləcəyini deyib.

Bununla yanaşı, o, səhhətində hansı problemlərin yarandığını açıqlamayıb.

Qeyd edək ki, müğənni sonuncu konsertində vəziyyəti pisləşdiyi üçün səhnəni tərk etmişdi.