Qazaxıstan gözəlinin qalmaqallı videosu ölkədə səs-küy yaratdı

Qazaxıstan gözəlinin qalmaqallı videosu ölkədə səs-küy yaratdı
2452 dəfə oxunub
  • A-
  • A
  • A+

19 yaşlı "Miss Universe Kazakhstan 2022" qalibi Diana Taşımbetovanın qalmaqallı görüntüləri yayılıb. 

Axşam.az xəbər verir ki, onun gecə klubunda çəkilən videosu internetə sızdırılıb. Bir kişinin qucağında oturan Diananın sərxoş olduğu diqqətdən qaçmayıb.

Onun bu görüntüsü karyerasına və çalışdığı şirkətə mənfi təsir edib. Belə ki, ölkədə yarışlarda iştirakçıların mənəvi xarakterinə yüksək tələblər qoyulur. Çünki onlar ölkəni beynəlxalq yarışlarda təmsil etməli və xeyriyyə tədbirlərində fəal iştirak etməlidirlər.

Bu videodan sonra Taşimbetovanın tərcümeyi-halı ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Onun evli bir kişi ilə münasibətdə olduğu bildirilib. Cütlük Dubayda görüntülənib. Diana təşkilat komitəsinə, tərəfdaşlara hörmətsizlik etdiyi, onlarla bağlı qalmaqallı açıqlamalar verdiyi üçün bundan əvvəl tacdan məhrum edilib.