Rusiyada konsertləri ləğv olunan Jah Xalib ukraynalılara təşəkkür etdi

Rusiyada konsertləri ləğv olunan Jah Xalib ukraynalılara təşəkkür etdi
1465 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyada Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov) konsertləri ləğv edilib.

Axşam.az xəbər verir ki, reper məsələ ilə bağlı səssizliyini pozub. O, Ukrayna xalqına ona və ailəsinə kömək etdiyi üçün təşəkkürünü bildirib: 

"Son vaxtlar haqqımda oxuduğunuz hər şey yalandır. İndi isə keçək fakta: Bu, çətin anlarda öz təhlükəsizliyini düşünmədən ölkədən çıxmağıma kömək edən Ukraynadan olan sadə insanlara minnətdarlıq paylaşımımdır. Onların yardımı ilə mən və hamiləliyin səkkizinci ayında olan həyat yoldaşım bomba sığınacağından sağ-salamat Qazaxıstana çatdıq. Nəticədə, qızım sağlam dünyaya gəldi və biz bir ildir ki, Almatıda yaşayırıq”.

Komandasının demək olar ki, hamısının Rusiya vətəndaşı olduğunu və orada yaşadığını deyən Xalib dinləyicilərinin əksəriyyətinin də bu ölkədən olduğunu vurğulayıb:

"Hər zaman Rusiyaya xoş niyyətlə uçuram, konsertlər, müsahibələr verirəm və radiolarda çıxışlar edirəm. Bu mənim Rusiyanın bütün xalqlarına qarşı duyduğum münasibətin göstəricisidir".

Reper açıqlamasını bu sözlərlə yekunlaşdırıb:

"Bu yalana qapılmayan bütün ağıllı və adekvat insanlara: indi mən sizi təkcə sevmirəm, həm də sizə heyranam”.

Qeyd edək ki, Xalibin həyat yoldaşı İslamı qəbul etmiş ukraynalıdır.