Keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, məşhur modelyer Viktoriya Bekhemin oğlu Romeo Bekhemin nişanlandığı iddia edilib.
Axşam.az xəbər verir ki, Romeonun sevgilisi Mia Reqanla evlilik yolunda ilk addımı atdıqları bildirilib. Şayiələrin yaranmasına səbəb ötən gün Londonda görüntülənən Mianın barmağında brilyant üzüyün diqqət çəkməsi olub.
Qeyd edək ki, cütlük üç ildir münasibətdədir. Ötən il Romeonun qardaşı Bruklin amerikalı milyarder Nelson Peltzin qızı Nikol Peltzlə evlənib.

