Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin amerikalı milyarder Nelson Peltzin qızı Nikol Peltzlə evlənib.
Axşam.az xəbər verir ki, toy mərasimi aprelin 9-da Nikolun Florida ştatında yerləşən ailəsinə məxsus 103 milyon dollar dəyərində malikanəsində baş tutub. Onun gəlinliyi "Valentino" brendinə məxsus olub.
Nikah yəhudi adət-ənənələrinə uyğun şəkildə baş tutub. Məsələn, sədaqət andından sonra Bruklin ayağı ilə stəkan sındırıb.
Mərasimə qatılan qonaqların toydan paylaşdığı görüntüləri təqdim edirik.