Nazpəri Röya və Zülfiyyənin ifasını tənqid etdi

Nazpəri Röya və Zülfiyyənin ifasını tənqid etdi
8177 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nazpəri Dostəliyeva həmkarları Röya Ayxan və Zülfiyyə Xanbabayevanın ifasına irad bildirib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "7 Özəl" proqramında danışıb. Dostəliyeva Röyanın Əməkdar artist Zöhrə Abdullayevanın "Tövbə" mahnısını oxumasını bəyənməyib:

"Röya bu mahnıda tonallığı düz seçməyib. Röya bəm oxuyan ifaçı deyil. Ola bilsin ki, fonoqram hazır olub və ya başqa hansısa səbəblər var. Tonallıq aşağıdır. Əslində bu, Röyanın qüsuru deyil. Amma qüsur deyib, Röyanın qüsurun içindən çıxarmıram. Özünə də aiddir. Hər bir ifaçı mahnı oxuyanda öz tonallığını bilməlidir. Solğun alınıb, səs rəngini, xırdalıqları verə bilməyib. Tonallıq çox aşağıdır. Buna görə də uğursuz alınıb. Röya hələ gəncdir, nə olsun ki, məşhurdur. Sevilir, gözəl musiqiləri var. Amma o gəncin o balaca bilərəkdənmi, bilməyəkdənmi qüsurunu demək heç də qorxulu bir məsələ deyil. Onun gələcəyi üçün inkişaf deməkdir. Röya hələ uzun illər oxumalıdır. Baxmayaraq ki, onu çox istəyirəm, amma musiqidə yalnışlıq olmaz".

Nazpəri daha sonra Z.Xanbabayevanın "Şuşanın dağları" ifasında olan qüsurları sadalayıb:

"Zülfiyyə estrada ifaçısıdır deyə, onda o doğmalıq olmayıb. Xalq ifaçılarının tərzi, boğazda olan xırdalıq, Xan Şuşinski havası və digər məqamlar Zülfiyyədə yox idi. Çünki estrada ifaçılarında estrada musiqiləri daha gözəl səslənir. Zülfiyyə böyük sənətkarlardan sonra böyük risk edib buna müraciət edib. O da onun öz arxayığınlığından irəli gəlir. Eyni zamanda isə mən həqiqəti demək istəyirəm. Bu, mənim şəxsi fikrimdir. Ola bilsin ki, bu düşüncəm kiminsə xoşuna gəlməsin. Amma xalq və muğam ifaçılarının tərzində olan bu mahnı "Şuşanın dağları" kimi səslənmədi. Zülfiyyə Xanbabayeva kimi səslənib".