Yeddi illik ailə dağıldı

Yeddi illik ailə dağıldı
1275 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqara həyat yoldaşı, aktyor Co Manqaniello ilə boşanır.

Axşam.az xəbər verir ki, ikili yeddi illik evliliklərini sonlandırmaq üçün məhkəməyə müraciət edib. Sofiya və Conun bu qərarı almasına səbəb uzun müddətdir evliliklərində problemlər yaşaması olub.

51 yaşı tamam olan aktrisa ad gününü İtaliyada həyat yoldaşı olmadan dostları ilə keçirib.

Qeyd edək ki, ikili 2015-ci ildə evləniblər. Onların ortaq övladı yoxdur.

Daha əvvəl Co Qonzaleslə ailəli olan Sofiyanın isə ondan Manolo adlı oğlu var.