"Bankın müdiri kredit kartımla uşaq bezi alırdı, sanki dayəyəm" - Video

"Bankın müdiri kredit kartımla uşaq bezi alırdı, sanki dayəyəm" - Video
1481 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İbrahim Tatlısəsin son açıqlaması müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, məkanların birində səhnə alan ifaçı əməkdaşlıq etdiyi bankın rəhbərlərinin onun kartlarından xəbərsiz istifadə edərək uşaq bezləri və qidası aldığını bildirib:

"Böyük İbrahim Tatlısəsin kredit kartı yoxdur. Niyə? Şirkət tərəfindən dələduzluqla qarşılaşdım. Müdirlərinin kredit kartı var, mənimkini istifadə edirdilər. 5-ci Leventdə (İstanbulda küçə adı - red.) ondan istifadə edirlər, amma mən İzmirdəyəm. Kredit kartımdan nələr alınıb? Uşaq bezi, qidası. Sanki dayəyəm. Heç birini bağışlamayacağam. Onları günahım qədər sevmirəm. Bilirəm, Allah da bağışlamayacaq. Allah onların cəzasını versin". 

Bunu əks etdirən görüntülər sosial mediada yayılıb. Tatlısəsin kartlarından icazəsiz istifadə edilməsini qınayanlarla yanaşı, bu məsələni işıqlandırmağı ona yaraşdırmayanlar da olub.