Xəbər verdiyimiz kimi, iyunun sonunda Rusiyanın Əməkdar artisti Mixail Yefremovun oğlu, aktyor Nikolay evinin pəncərəsindən yıxılıb.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, dərhal xəstəxanaya yerləşdirilən aktyor bir neçə əməliyyat keçirmişdi.
Bu gün isə məlum olub ki, xəsarətlər səbəbindən xəstənin böyrəkləri və böyrəküstü vəziləri pozulub.
31 yaşlı Nikolay Yefremov təkbaşına yemək yeyə bilmədiyi üçün boru vasitəsilə qidalanır. O, maskanın köməyi ilə nəfəs alır və mürəkkəb sınıq səbəbindən demək olar ki, hərəkətsiz qalıb.
Bundan əlavə, aktyor böyrəküstü vəzilərinin fəaliyyətinin pozulması səbəbindən çox miqdarda maye itirir.
Hələlik həkimlər onun sağalacağı ilə bağlı proqnoz vermirlər.