Harri və Meqan ayrılıb?

Harri və Meqan ayrılıb?
2328 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın vəliəhd şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın münasibətində problemlər yarandığı iddia edilib.

Axşam.az xəbər verir ki, "Page Six"in məlumatına görə, cütlük ayrı yaşamaq qərarı alıb. Bildirilib ki, "Spotify" Harri və Meqanla müqaviləni sonlandırdıqdan sonra ikili ciddi maliyə problemləri ilə üzləşiblər.

Bundan başqa, cütlüyün artıq Kaliforniyadakı malikanələrini satdıqları deyilir. Harrinin isə hazırda başqa bir yerdə qaldığı vurğulanıb.