Rusiyanın Əməkdar artisti Vladimir Baranov vəfat edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçi 72 yaşında dünyasını dəyişib.
Aktyorun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Vladimir Baranov 130-dan çox rolu canlandırıb.