İranlı aktrisa film nümayişinə hicabsız qatıldı, həbs qərarı verildi

İranlı aktrisa film nümayişinə hicabsız qatıldı, həbs qərarı verildi
1845 dəfə oxunub
  • A-
  • A
  • A+

İranlı aktrisa Əfsan Bayeqan hicab taxmadığına görə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Axşam.az xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, 61 yaşlı aktrisa hicabsız film nümayişinə qatılıb. O, daha sonra tədbirdən fotolarını sosial media hesabında yayımlayıb.

Qərara əsasən, Əfsana iki il müddətinə İrandan çıxmaq və internetdən istifadə qadağan edilib. Bundan başqa, ondan "anti-ailə şəxsiyyət pozğunluğu"nun müalicəsi üçün hər həftə psixoloqa müraciət etməsi də tələb olunub. Məhkəmə qərarın icrasına 5 il möhlət verib.

Qeyd edək ki, daha əvvəl də oxşar səbəblərdən bir neçə iranlı aktrisa həbs olunub.