Türkiyədə avtobusda əyləşən sərnişinlərdən birinin yanında dayanan qadının çadrasından narahat olduğunu əks etdirən görüntülər müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, sərnişin geyiminin parçası ona dəyən xanıma "Çadranız mənə dəyir, sizdən iyrənirəm" sözlərini deyib. Bu isə təkcə nəqliyyat vasitəsində olan digər sərnişinlər tərəfindən deyil, həm də sosial media istifadəçilərinin də sərt tənqidləri ilə qarşılanıb. Görüntülərə münasibət bildirənlər arasında aktrisa Bergüzar Korel də yer alıb.
"Mən də sənin kimilərdən diksinirəm, hələ də üstündəki parçanın miqdarı ilə dava edən və bu haqqı özündə görənlər. Qurtarmadınız" deyə, aktrisa çadrasına görə xanımı təhqir edən şəxsin ünvanına yazıb.
