Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqara ilə həyat yoldaşı, aktyor Co Manqaniellonun hansı səbəbdən boşanma qərarı aldığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, cütlüyün ayrılma qərarı almasına səbəb aktrisanın övlad istəməməsi olub.
Xatırladaq ki, daha əvvəl Sofiya 2013-cü ildə nişanlısı, iş adamı Nick Loeblə suraqat ana vasitəsiylə uşaq sahibi olmaq üçün xəstəxanaya müraciət etmişdi. Həkimlər Verqaranın yumurtası ilə Nikin spermasını embrion formasına salaraq dondurublar. Lakin cütlük 6 ay sonra ayrılıb. Buna baxmayaraq Nik ata olmaq üçün embriondan istifadə etməyə çalışıb. Bundan xəbər tutan aktrisa Niki məhkəməyə verərək qalib gəlib.
Qeyd edək ki, ikili 2015-ci ildə evləniblər. Onların ortaq övladı yoxdur. Daha əvvəl Co Qonzaleslə ailəli olan Sofiyanın isə ondan Manolo adlı oğlu var.