"Duy beni"nin aktyorları arasında gərginlik - Foto

"Duy beni"nin aktyorları arasında gərginlik - Foto
2789 dəfə oxunub
  • A-
  • A
  • A+

"Duy beni" serialında baş rolları paylaşan türkiyəli aktyorlar Rabia Soytürk və Caner Topçu arasında gərginlik yaranıb.

Axşam.az xəbər verir ki, buna səbəb aktyorun paylaşımları olub. Belə ki, Caner yeni layihədə rol aldıqdan sonra Rabiaya söz atıb. Onun "İşdə nizam və cidiyyətlə çalış" sözləri həmkarını qəzəbləndirib. Rabia buna qarşılıq olaraq Canerin ünvanına "Sənin bilmədiyin və səndə olmayan şeyin adının tərbiyə olduğunu xatırladıram" deyə, yazıb.

İkili arasında yaşanan gərginliyin nədən qaynaqlandığı bəlli olmasa da, Rabia və Caner bir daha eyni layihədə yer almamaq qərarı alıblar.

Qeyd edək ki, Caner hazırda sözügedən serialdakı aktrisa Sümeyye Aydoğanla "Dönence" serialında tərəf müqabili olub.