Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın vəliəhd şahzadəsi Harri ilə aktrisa həyat yoldaşı Meqan Marklın münasibətində problemlər yaranıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə yaxın mənbələrdən biri Meqanın artıq boşanmaq üçün ərizə verdiyini bildirib.
O, uşaqların birlikdə qəyyumluğunu və Harridən 80 milyon dollar tələb edir.
Qeyd edək ki, maliyyə problemi yaşayan cütlüyün Kaliforniyadakı malikanələrini satdıqları və ayrı yaşadıqları deyilir.