Amerikalı aktyor-rejissor Çarli Çaplinin aktrisa qızı Cozefina vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, 74 yaşında Parisdəki evində yaxınlarının ətrafında dünyasını dəyişib.
Aktrisa iyulun 13-də vəfat etsə də, ölüm xəbəri yeni yayılıb. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, aktrisa 20-dən çox layihədə yer alıb. Cozefina "Kenterberi nağılları" və "Qırmızı gecələr" filmlərindəki obrazları ilə sevilib.