Dünyanın ən varlı adamı kimdir?

Dünyanın ən varlı adamı kimdir?
2357 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.

Axşam.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. 

Onun hazırda 240,7 milyard dollar sərvəti var. 

İkinci yerdə 234,6 milyard dollarla "LVMH" şirkətinin sahibi Bernar Arnodur.

İlk beşliyə "Microsoft"un qurucusu Bill Qeyts də daxil ola bilib. "Meta" şirkətinin rəhbəri Mark Zukerberq isə siyahıda səkkizinci yerdədir.