Amerikalı müğənni Tori Kelli xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, 30 yaşlı ifaçı dostları ilə şam yeməyində olarkən huşunu itirib. Reanimasiya yerləşdirilən Kellinin ayaqlarında və ağciyərlərində qan laxtalandığı aşkarlanıb.
Qeyd edək ki, müğənni 5 dəfə "Qremmi" və müxtəlif məşhur mükafatlara layiq görülüb.
Daha əvvəl Hollivud ulduzu Conni Depp Budapeştdə qaldığı hotelin otağında huşsuz vəziyyətdə aşkarlanaraq xəstəxanaya yerləşdirilmişdi.