Lobodanın eks-sevgilisi təcavüzdə ittiham olunur

Lobodanın eks-sevgilisi təcavüzdə ittiham olunur
543 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın eks-sevgilisi Till Lindeman cinsi təcavüzdə ittiham olunub.

Axşam.az xəbər verir ki, hadisə "Rammstein" qrupunun solistinin Alena adlı qızı dəvət etdiyi məclisdə baş verib.

"Lindeman tərəfindən cinsi zorakılığa məruz qalan qadınlardan biriyəm. İstəməməyimə baxmayaraq, o, mənə toxundu. Onun rok ulduzu olması qızlarla istədiyi hər şeyi edə biləcəyi demək deyil. Ondan şikayətçiyəm" deyə, qadın bildirib.

Qeyd edək ki, bu, müğənniyə qarşı səsləndirilən ilk belə ittiham deyil. Lindemanı 6 aydan 5 ilə qədər həbs cəzası gözləyir.

Loboda ilə Lindeman arasında münasibət Bakıda "Jara" festivalında başlamışdı. O, 2021-ci ildə Lobodaya xəyanət etdikdən sonra ikili ayrılıb. Bir neçə il əvvəl ana olan Lobodanın qızının atasının Lindeman olduğu deyilsə də, tərəflər bunu hələ də təsdiqləməyiblər.