Xəbər verdiyimiz kimi, adını River Red olaraq dəyişdirən müğənni Britni Spirslə həyat yoldaşı Sem Asqarii bir illik evliliklərinin ardından boşanmaq qərarı alıblar.
Axşam.az xəbər verir ki, məsələ ətrafında söz-söhbətlər səngimək bilmir. Kimi ayrılığa xəyanətin, kimi də zorakılığın səbəb olduğunu deyib. Sem susqunluğunu pozaraq, məsələ ilə bağlı paylaşım edib.
"Altı illik sevgi və sədaqətdən sonra həyat yoldaşımla birlikdə münasibətimizi bitirmək qərarına gəldik. Şəxsi həyatın toxunulmazlığını tələb etmək gülünc görünür, ona görə də hər kəsdən, o cümlədən mediadan daha mehriban və diqqətli olmalarını xahiş edəcəyəm" deyə, o, paylaşımında yazıb.
Sem mehriban ayrıldıqlarını və məhkəmədə bir-birlərinə olan sevgi və hörmətə sadiq qalacaqlarını vurğulayıb.
Sonda Sem müğənniyə ən xoş arzularını çatdıraraq, xoş sözlərin onun üçün faydalı olacağını hiss etdiyi bildirib:
"Britni çox həssasdır, ona görə də internetdə onun adının hallanmasına şiddətlə reaksiya verirəm".
Qeyd edək ki, Britni ilə Sem 2016-cı ildən "Slumber Party" üçün klip çəkilişində tanış olduqdan sonra münasibətə başlayıblar və ötən yay evləniblər. Bu, müğənninin üçüncü evliliyi idi. Onun Kevin Federlaynla evliliyindən iki oğlu var. Oğullar ataları ilə yaşayır və anaları ilə az ünsiyyətdə olurlar.