"Kızılcık şerbeti" serialının baş rol ifaçılarından olan Müjde Uzmanın yeni mövsüm başlamadan ekran işindən ayrıldığı iddia edilib.
Axşam.az xəbər verir ki, haqqında yayılan məlumatlara sosial şəbəkədə cavab verən Uzman "Əgər yalan xəbər yaymaqda maraqlı olanlar varsa, mən də ifşa edib, kim yalançıdır ortaya tökəcəyəm" sözlərini yazıb.
Serialda "Alev" obrazını canlandıran aktrisa bunun yalan olduğunu bildirib. O, yalan xəbər yayanlara əsəbiləşdiyini də gizlətməyib.
