"O qədər reytinq qazandırdım, indi təklif gəlmir"

"O qədər reytinq qazandırdım, indi təklif gəlmir"
2251 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Onur Büyüktopçu son günlər heç bir layihəyə dəvət almamasından gileylənib.

Axşam.az xəbər verir ki, "Kiralık aşk" serialındakı "Koray" obrazı ilə böyük sevgi toplayan Onur son vaxtlar heç bir layihədə yer almır. 

Büyüktopçu İstanbulun Nişantaşı səmtində obyektivlərə tuş gəlib. Jurnalistlərlə söhbət edən aktyor tətil üçün Bodruma getdiyini deyib:

"Dört gün qala bildim. Çox bahalı idi. restoranda heç yemək yemədim. Hamısını evdə özüm bişirdim".

Onur yeni mövsümdən teatrda çalışacağını açıqlayıb. 

O, daha sonra "O qədər reytinq qazandırdım, indi təkliflər gəlmir. Menecerim də var. Səbəbini bilmirəm. Düşünürəm ki, üzüyola olmamaq lazımdır. Aktyorları döyən, makiyaj alətini yerə çırpanlar efirdədir. Mənim kimi bacarıqlı, işləri ilə sözünü deməyi bacaran birinə efirdə yer tapılmır" sözlərini əlavə edib.