Tvitterdə kimisi əngəlləmək mümkün olmayacaq

Tvitterdə kimisi əngəlləmək mümkün olmayacaq
489 dəfə oxunub
  • A-
  • A
  • A+

Tvitter platforması istifadəçilərinə digər şəxsləri bloklamağa imkan verən funksiyanın aktivliyini dayandıracaq.

Axşam.az xəbər verir ki, bu barədə "Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask açıqlamasında deyib. O, yalnızca yazışmalarda bunun mümkün ola biləcəyini əlavə edib:

"Kimisə əngəlləmək şəxsi mesajlarda istisna olmaqla funksiya kimi silinəcək. Bunun mənası yoxdur".

O, əlavə edib ki, platformada "səssiz" istifadəçilər funksiyası isə qalacaq. Bu, əngəlləmədən onunla fərqlənir ki, funksiya istifadəçilərin bir-birinin səhifələrinə daxil olmasına və ya paylaşımlara cavab verməyə mane olmur, yalnız onların əsas səhifədəki yazılarını gizlədir.

Qeyd edək ki, daha əvvəl Mask platformada yalnız qaranlıq rejimin olacağını açıqlamışdı. O, sosial şəbəkənin loqosunu "X" hərfi olaraq dəyişdirib.